Bakıda həbsdə olan ərinə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

Bakıda həbsdə olan ərinə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb Bakıda həbsdə olan ərinə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.
Hadisə
14 Oktyabr , 2019 12:42
Bakıda həbsdə olan ərinə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb

Bakıda həbsdə olan ərinə narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilən 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə “metamfetamin” aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi