Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxunub

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxunub O, 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
28 Aprel , 2017 17:22
Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxunub

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşı Marat Ueldanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Ueldanov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 28-də Bakıda Rusiya vətəndaşı M.Ueldanov saxlanılıb. Ona qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Bundan sonra erməni mətbuatı və Rusiyadakı ermənipərəst KİV-lər M.Ueldanovun bacısı Marianna Mirzoyana istinadən məlumat yayıblar ki, guya M.Ueldanov Bakıda erməni olduğuna görə saxlanılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi, külli miqdarda narkotik vasitə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi