Bakı. 24 avqust. REPORT.AZ/ Bakıda hamamdan pul oğurlanıb.
"Report"un xəbərinə görə, bu barədə
Məlumata görə, Binəqədi rayonunun ərazisində yerləşən "Şah" hamamının xəzinəsindən 1 845 manat oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulublar.
Faktla bağlı araşdırma aparılır.