Bakıda Gürcüstan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb
Hadisə
4 dekabr 2014
10:01


Bakı. 4 dekabr. REPORT.AZ/ Bakıda Gürcüstan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 3-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Gürcüstan vətəndaşı İlqam Yusifov evində tikinti işləri aparan zaman qarın nahiyəsinə daş parçası düşüb. Xəstəxanaya yerləşdirilən İ.Yusifov ölüb.
Son xəbərlər
