Bakıda güləşçi dostunu öldürməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda güləşçi dostunu öldürməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
17 Yanvar , 2018 11:41
Bakıda güləşçi dostunu öldürməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 24-ə təyin edilib. 

L.Alıyev Bakıda dostu Elçin Tapdıqov öldürməkdə ittiham olunur. O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) 120.2.4, 120.2.9-cu maddəsi ilə təqsirli bilinir.

Xatırladaq ki, qətlə yetirilən E.Tapdıqov güləş idman növü ilə məşğul olub.

Son xəbərlər

Orphus sistemi