Bakıda güclü yağışlar nəticəsində çətin vəziyyətə düşən iki nəfərə köməklik göstərilib

Bakıda güclü yağışlar nəticəsində çətin vəziyyətə düşən iki nəfərə köməklik göstərilib Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb
Hadisə
30 Sentyabr , 2016 23:41
Bakıda güclü yağışlar nəticəsində çətin vəziyyətə düşən iki nəfərə köməklik göstərilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolub və sakinlərin evdən çıxmasına çətinliklər yaranıb.

"Report" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfər vətəndaşa müvafiq köməklik göstərib.

Əməliyyat saat 22:15-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi