Bakıda gözəllik salonundan 3 600 manatlıq oğurluq edildi

Bakıda gözəllik salonundan 3 600 manatlıq oğurluq edildi Bakıda gözəllik salonunda oğurluq hadisəsi olub.
Hadisə
18 Fevral , 2021 12:49
Bakıda gözəllik salonundan 3 600 manatlıq oğurluq edildi

Bakıda gözəllik salonunda oğurluq hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 13-də rayon ərazisindəki gözəllik salonlarının birindən 3 000 manat pul və 600 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Hüseynli və Cəlilabad rayon sakini M.İsmayılov saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi