Bakıda gözəllik mərkəzi cərimələndi

Bakıda gözəllik mərkəzi cərimələndi Protokol Nəsimi Rayon Məhkəməsinə göndərilib
Hadisə
1058
20 Aprel , 2021 17:09
Bakıda gözəllik mərkəzi cərimələndi

“Sağlamlıq və Gözəllik Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimələnib.

“Report” xəbər verir ki, protokol baxılması üçün Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Babək Pənahovun icraatındadır.

MMC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə tərtib olunub.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər

Orphus sistemi