Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Seyran Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı
Qeyd edək ki, hadisə sentyabr ayında Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Cəfər Əhmədov 1992-ci il təvəllüdlü Seyran Əliyev tərəfindən bıçaqlanıb.
İlkin məlumata görə, S.Əliyev C.Əhmədovun həyat yoldaşı ilə münasibətdə olub. S.Əliyev qadınla onların evində görüşən zaman C.Əhmədov evə daxil olub. Bu zaman yaranan dava zamanı S.Əliyev masanın üzərindəki bıçağı götürərək C.Əhmədovu bıçaqlayıb.
S.Əliyevə Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağölamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.