​Bakıda geyim və kompüter mağazaları yanıb

​Bakıda geyim və kompüter mağazaları yanıb Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub
Hadisə
28 Mart , 2015 19:37
​Bakıda geyim və kompüter mağazaları yanıb

Bakı. 28 mart. REPORT.AZ/ Bakının Nərimanov rayonu ərazisində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində beşmərtəbəli binanın altında yerləşən geyim və kompüter mağazaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin üç yanğınsöndürən maşını hadisə yerinə cəlb olunub.

Yanğının hansı səbəblərdən baş verdiyi, hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi