Bakıda generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsinə jurnalistlər buraxılmayıblar

Bakıda generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsinə jurnalistlər buraxılmayıblar Proses qapalı keçirilib
Hadisə
24 Noyabr , 2016 17:16
Bakıda generalın anasının evindən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsinə jurnalistlər buraxılmayıblar

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sədaqət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda jurnalistlər məhkəmə zalına buraxılmayıblar.

Belə ki, hakim prosesin jurnalistlərin iştirakı olmadan keçiriləcəyini deyib. O, buna səbəb kimi mətbuatda yazılanların şahid ifadələrinə təsir etdiyini göstərib. Daha sonra proses jurnalistlərin iştirakı olmadan keçirilib.

Qeyd edək ki, S.Məmmədova Böyükxanım Əkbərovanın evindən 160 min manata yaxın qızıl-zinət əşyaları oğurlamaqda ittiham olunur. Hadisədən sonra zərərçəkmiş dünyasını dəyişib. Təqsirləndirilən şəxs onun evində qulluqçu kimi fəaliyyət göstərib.

Hadisədən bir neçə gün sonra şübhəli şəxs qismində saxlanılan S.Məmmədova barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Daha sonra məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

S.Məmmədova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, oğurluq hadisəsi baş vermiş evin sahibi, mərhum B.Əkbərova Dövlət Gömrük Komitəsinin generalı Qambay Əliyevin anasıdır. 

Son xəbərlər

Orphus sistemi