Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atıb

Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atıb Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb
Hadisə
28 İyul , 2018 04:51
Bakıda gənc qız özünü 5-ci mərtəbədən yerə atıb

Bakı. 28 iyul. REPORT.AZ/ Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə Nobel prospektində yerləşən binanın həyətində baş verib.

1997-ci il təvəllüdlü (şərti adı) Hüseynzadə A.Ə qızı özünü yaşadığı mənzilin eyvanından yerə atıb. Beşinci mərtəbədən özünü yerə atan qız xoşbəxtlikdən sağ qalıb. O, orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi