Bakıda gənc qız oğlanı və özünü bıçaqladı

Bakıda gənc qız oğlanı və özünü bıçaqladı Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
434
29 May , 2021 01:18
Bakıda gənc qız oğlanı və özünü bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, “Koroğlu” metrostansiyasının yaxınlığında 1995-ci il təvəllüdlü Kərimova Günel Cəmil qızı tanışı, 1991-ci il təvəllüdlü Paşayev Nicat Müqəttar oğlunu bıçaqlayıb. G.Kərimova sonra özünə bıçaqla xəsarət yetirib.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N.Paşayevə sol bazunun kəsilmiş-deşilmiş yarası, G.Kərimovaya isə qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi