Yuxarı

Bakıda intihar etmək məqsədi ilə binanın damına çıxan qadın aşağı düşürülüb - VİDEO - YENİLƏNİB

Bakıda gənc qadın intihar etmək məqsədi ilə binanın damına çıxıb

Bakıda intihar etmək məqsədi ilə binanın damına çıxan gənc qadın xilas edilib.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, Xətai rayonu, Ukrayna dairəsi yaxınlığındakı doqquzmərtəbəli yaşayış binasının damına çıxan gənc qadın ətrafdakı insanların köməkliyi ilə intihar etmək fikrindən daşınıb.

O, xilas olunaraq binadan aşağı düşürdülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


*** 17:30

Bakıda gənc qadın intihar etmək məqsədi ilə binanın damına çıxıb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonu, Ukrayna dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, doqquzmərtəbəli yaşayış binasının damına çıxan gənc qadın intihar etmək niyyətində olduğunu bildirib. 

Binanın damına çıxan yaxınları onu intihar etmək fikrindən daşındırmağa çalışırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi