Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub ​​​​​​​Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
7 Mart , 2021 03:25
Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1993-cü il təvəllüdlü Xudiyev Elmar Araz oğlunu avtomobil vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkim müayinəsindən sonra ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi