Bakıda gənc oğlanı avtomobil vurub

Hadisə
  • 16 may, 2018
  • 03:18
Bakıda gənc oğlanı avtomobil vurub

Bakı. 16 may. REPORT.AZ/ Bakıda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

M.Xiyabani küçəsində yolu keçmək istəyən 1992-ci il təvəllüdlü Həsənov Fərmail Elxan oğlunu minik avtomobili vurub. Yaralı sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.