Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda gənc oğlanı avtomobil vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
2 Mart , 2017 17:03
Bakıda gənc oğlanı avtomobil vurub

Bakı. 2 mart. REPORT.AZ/ Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

“Report” xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobil yolu keçmək istəyən 25-26 yaşlı oğlanı (şəxsiyyəti müəyyənləşdirilir) vurub. Nəticədə piyada ağır xəsarət alıb. O, hadisə yerinə çağırılmış təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi