​Bakıda gənc oğlan yük maşını ilə divarın arasında qalaraq ölüb

​Bakıda gənc oğlan yük maşını ilə divarın arasında qalaraq ölüb Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
11 Noyabr , 2015 10:23
​Bakıda gənc oğlan yük maşını ilə divarın arasında qalaraq ölüb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakıda gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində İmişli rayon sakini Qənbər Quliyev idarə etdiyi “ZİL-131” markalı avtomobili arxaya verərkən Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Qasımov maşınla divar arasında sıxılıb qalıb.

Hadisə nəticəsində C.Qasımov faciəli şəkildə orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi