Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət aldı

Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət aldı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 İyun , 2020 22:40
Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət aldı
Foto: "Report"

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Minik avtomobili yolu keçən 2001-ci il təvəllüdlü Məmmədov Hüseyn Əlikram oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi