Bakıda gənc oğlan xalası oğlu tərəfindən "beşbarmaq"la döyülüb

Hadisə
  • 11 dekabr, 2017
  • 02:14
Bakıda gənc oğlan xalası oğlu tərəfindən beşbarmaqla döyülüb

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda gənc oğlanı xalası oğlu "beşbarmaq"la döyüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

Zivərbəy Əhmədbəyov küçəsində yerləşən mənzildə 1990-cı il təvəllüdlü Salayev Vüsal Babakişi oğlu xalası oğlu ilə əlbəyaxa dava edib. Dava zamanı V.Salayev "beşbarmaq"la döyülərək xəsarətlər alıb. 

O, xəstəxanaya yerləşdirilib. Həkimlər V.Salayevin vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

44 filmi