Bakıda gənc oğlan valideyninin maşınını qaçırıb, ata polisə şikayət edib

Bakıda gənc oğlan valideyninin maşınını qaçırıb, ata polisə şikayət edib Bakıda ata avtomobilini qaçıran oğlundan polisə şikayət edib
Hadisə
117
4 Sentyabr , 2019 10:46
Bakıda gənc oğlan valideyninin maşınını qaçırıb, ata polisə şikayət edib

Bakıda ata avtomobilini qaçıran oğlundan polisə şikayət edib.

“Report” xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Məlumata görə, Binə qəsəbəsində yaşayan 50 yaşlı Nazim Əzizov Xəzər Rayon Polis İdarəsinə şikayət edərək bildirib ki, 24 yaşlı oğlu Orxan Əzizov ona məxsus "VAZ 2107" markalı avtomobili qaçırıb.

N.Əzizovun şikayəti əsasında avtomobili qaçıran O.Əzizov avtomobil ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağl araşdırmalar davam etdirilir

Son xəbərlər

Orphus sistemi