Bakıda gənc oğlan ülgüclə özünə xəsarət yetirib

Hadisə
  • 02 avqust, 2016
  • 10:30
Bakıda gənc oğlan ülgüclə özünə xəsarət yetirib

Bakı. 2 avqust. REPORT.AZ/ Bakıda 23 yaşlı oğlan intihara cəhd edib.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. Orada yaşayan 1993-cü il təvəllüdlü H. C. intihar məqsədilə yaşadığı evdə ülgüclə özü-özünün qarın nahiyəsinə xəsarət yetirib.

Yaralı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə