Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
1 Avqust , 2017 14:21
Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb

Bakı. 1 avqust. REPORT.AZ/ Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Qədirli küçəsində 1992-ci il təvəllüdlü Kərimov Coşqun Əli oğlu qonşuluğunda yaşayan iki nəfərlə mübahisə edib. C.Kərimov ayaq və sağrı nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi