Bakıda gənc oğlan itkin düşüb - FOTO

Bakıda gənc oğlan itkin düşüb - FOTO Bakıda 29 yaşlı gənc oğlan itkin güşüb.
Hadisə
30 Yanvar , 2023 11:51
Bakıda gənc oğlan itkin düşüb - FOTO

Bakıda 29 yaşlı gənc oğlan itkin düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində yaşayan 29 yaşlı İslam Rəhimli 2022-ci il dekabrın 9-da yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Məlumata görə, onun yaddaş pozğunluğu olması ehtimal edilir.

"Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Nəsimi Rayon Polis İdarəsinə (012) 440-02-02 şəhər və (055) 711-18-65 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi