Bakıda gənc oğlan evə gedərkən yolda bıçaqlanıb

Bakıda gənc oğlan evə gedərkən yolda bıçaqlanıb Haməlum şəxs küçədə ona bıçaqla hücum edib
Hadisə
28 yanvar 2018 20:31
Bakıda gənc oğlan evə gedərkən yolda bıçaqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, NZS qəsəbəsindəki Aşıq Qurban küçəsi ilə evə gedən 1997-ci il təvəllüdlü Əliyev Sənan Zəfər oğlu yolda tanımadığı şəxsin bıçaqla hücumuna məruz qalıb.

Nəticədə o hər iki ayağından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi