Bakıda gənc oğlan evdə özünü asaraq intihar edib

Bakıda gənc oğlan evdə özünü asaraq intihar edib Hadisə Xiyabani küçəsində qeydə alınıb
Hadisə
11 İyul , 2017 08:51
Bakıda gənc oğlan evdə özünü asaraq intihar edib

Bakı. 11 iyul. REPORT.AZ/ Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, 1996-ci il təvəllüdlü İbrahimov Ramiz Güloğlan oğlu Xiyabani küçəsində yerləşən evdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin əməkdaşları cəlb edilib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi