Bakıda gənc bayker motosikletin aşması nəticəsində ağır xəsarət alıb

Bakıda gənc bayker motosikletin aşması nəticəsində ağır xəsarət alıb Hadisə "Buta Palace" yaxınlığında baş verib
Hadisə
19 Sentyabr , 2017 07:56
Bakıda gənc bayker motosikletin aşması nəticəsində ağır xəsarət alıb
Foto: Report.az

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, "Buta Palace" yaxınlığında 1993-cü il təvəllüdlü Zeynalov Orxan Mehman oğlu idarə etdiyi idman üslublu motosikletlə yol kənarındakı yamaca aşıb.

Nəticədə O.Zeynalov ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər baykerin vəziyyətinin ağır olduğunu bildirir.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi