Bakıda gəlin maşını piyadanı vuraraq öldürüb

Bakıda gəlin maşını piyadanı vuraraq öldürüb Hadisəni törətmiş sürücü saxlanılıb
Hadisə
3 Sentyabr , 2017 07:37
Bakıda gəlin maşını piyadanı vuraraq öldürüb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

"Report"un məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.

Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi