Bakıda gecə klubu qarşısında kütləvi dava olub

Bakıda gecə klubu qarşısında kütləvi dava olub Dava taksi sürücüləri arasında müştəri üstündə baş verib
Hadisə
26 May , 2018 04:23
Bakıda gecə klubu qarşısında kütləvi dava olub

Bakı. 26 may. REPORT.AZ/ Bakının Səbail rayonunda dava zamanı 1 nəfər döyülüb.

"Report" xəbər verir ki, 1977-ci il təvəllüdlü Nadirov Aslan Ələddin oğlu "Otto" gecə klubunun qarşısında digər 3 nəfər taksi sürücüsü ilə mübahisə edib.

Nəticədə A.Nadirov 3 nəfər tərəfindən döyülüb. Müxtəlif xəsarətlər alan sürücü xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Nadirov taksi fəaliyyətinə yeni başlayıb. O, digər taksi sürücüləri ilə müştəriyə görə dava edib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Davada iştirak edənlər məsuliyyətə cəlb edilib.

Son xəbərlər

Orphus sistemi