Bakıda “Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq?

Hadisə
  • 14 iyun, 2022
  • 10:59
Bakıda “Formula 1”ə görə bağlanmış yollar tamamilə nə vaxt açılacaq?

Bakıda baş tutmuş 2022 "Formula 1" Azərbaycan Qran Prisi ərəfəsində iyunun 6-dan bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə verilir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumatda bildirilib ki, iyunun 14-dən 20-dək yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.

Mövzu ilə bağlı Bakı Şəhəri üzrə Dövlət Yol Polisi İdarəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, "Formula 1" yarışının təşkilat komitəsi tərəfindən görülən işlərə uyğun olaraq yolların tam açılması təmin olunacaq:

“Bu müddət ərzində məhdudiyyət tətbiq olunan yollarda mərhələli formada bağlanan küçələrin açılması təmin edilir”.

Son xəbərlər

Bütün Xəbər Lenti