Bakıda “Flame Towers” binalarının 3D-sürəti təqdim ediləcək

Bakıda “Flame Towers” binalarının 3D-sürəti təqdim ediləcək Bu hadisə fevralın 12-də Park İnn hotelində keçiriləcək “3D Print Conference Baku” konfransı çərçivəsində baş tutacaq
Hadisə
31 Yanvar , 2015 00:05
Bakıda “Flame Towers” binalarının 3D-sürəti təqdim ediləcək

BAKI. 31 yanvar. REPORT.AZ/ Bakıda yerləşən və Azərbaycanda ən uca binalar olan “Alov qüllələri”nin sürəti ilk dəfə olaraq 3D-printerdə çap ediləcək.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, bu hadisə fevralın 12-də Park İnn hotelində keçiriləcək “3D Print Conference Baku” konfransı çərçivəsində baş tutacaq.

Bakıda keçiriləcək konfransın missiyası 3D texnologiyaların müasir dünyanı nə dərəcədə dəyişdirə biləcəyi barədə informasiya təqdim etməkdir.

Konfransın proqramında eksklüziv məruzələrlə yanaşı, 3D avadanlıqlarının işinin də nümayiş etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi