Bakıda fiziki qüsurlu şəxs döyülərək bıçaqlanıb

Bakıda fiziki qüsurlu şəxs döyülərək bıçaqlanıb Onlar hadisə yerindən qaçıblar
Hadisə
8 Avqust , 2017 03:03

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda fiziki qüsurlu şəxs döyülərək bıçaqlanıb. 

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu İmran Qasımov küçəsində qeydə alınıb. 44 yaşlı Abasov Kamran Nazim oğluna tanımadığı 2 nəfər yaxınlaşıb. Həmin şəxslər Kamrandan ilk öncə siqaret istəslər də, daha sonra onu naməlum səbəbdən döyməyə başlayıblar. Ona bıçaqla xəsarət də yetirib və sonra hadisə yerindən qaçıblar.

Yaralıya 1 saylı şəhər xəstəxanasında tibbi yardım olunub, vəziyyəti sabitdir.

Faktla bağlı Nəsimi rayon Polis İdarəinə məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi