“Royal Park” yaşayış massivində fəhlənin üzrəinə dəmir boru düşüb

“Royal Park” yaşayış massivində fəhlənin üzrəinə dəmir boru düşüb Sentyabrın 19-u saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Hadisə
21 Sentyabr , 2020 15:01
 “Royal Park” yaşayış massivində fəhlənin üzrəinə dəmir boru düşüb

Sentyabrın 19-u saat 20 radələrində Yasamal rayonu ərazisində Polad Eynullayevin üzərinə dəmir boru düşməsi nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 

Aparılan araşdırmalarla Yasamal ayonu ərazisində yerləşən “Royal Park” yaşayış massivinin “A” blokunda tikinti işlərinin aparıldığı evdə fəhlə işləyən Polad Eynullayevin sıvay-qazma işləri apararkən dəmir borunun üzərinə düşməsi nəticəsində xəsarət alması müəyyən edilib.

Hazırda faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi