Bakıda kriminal avtoritet tutulub

Bakıda kriminal avtoritet tutulub O, bir neçə ağır cinayətin təşkilatçısı olmaqda şübhəli bilinir
Hadisə
3 Aprel , 2017 10:15
Bakıda kriminal avtoritet tutulub
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bakıda kriminal avtoritet saxlanılıb.

“Report” xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 10-ci Polis Bölməsi əməkdaşlarının rayon ərazisində keçirdiyi əməliyyat zamanı Masallı rayon sakini 33 yaşlı Firidun Bayramov tutulub.

O, Qaradağ rayonu ərazisində bir neçə ağır cinayətin təşkilatçısı olmaqda şübhəli bilinir.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, F.Bayramov “Fedya” ləqəbi ilə tanınır.

Son xəbərlər

Orphus sistemi