Bakıda mətbəxində siçovul gəzən obyektin fəaliyyəti dayandırılıb

Bakıda mətbəxində siçovul gəzən obyektin fəaliyyəti dayandırılıb Mediada yayılmış videogörüntülər əsasında Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 24, m.1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şabanov Nəcməddin Nazim oğluna məxsus “Biblioteka” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin ə
Hadisə
9 İyul , 2024 16:17
Bakıda mətbəxində siçovul gəzən obyektin fəaliyyəti dayandırılıb

Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Biblioteka” ictimai iaşə obyektində plandankənar yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Bu barədə "Report"a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, fiziki şəxs Şabanov Nəcməddin Nazim oğluna məxsus obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

"Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam edir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, sözügedən restoranın mətbəxində siçovulun gəzməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.

Son xəbərlər

Orphus sistemi