Bakıda üç nəfəri vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Bakıda üç nəfəri vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Dekabr , 2016 10:02
Bakıda üç nəfəri vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakıda üç nəfəri avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu dairəsi kimi adlanan ərazidə qeydə alınıb.

Belə ki, yol kənarında hərəkət edən üç nəfəri -  23 yaşlı Şamıyev Nicat Ağalar oğlu, 53 yaşlı Teymurov Cavanşir Məhəmməd oğlu və 29 yaşlı Xıdırov Elmar Əsgər oğlunu naməlum avtomobil vuraraq ərazidən uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların tanış olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi