Bakıda əvvəllər məhkum olunmuş şəxsdən narkotik və qumbara götürülüb

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən narkotik və qumbara götürülüb Bakı. 12 dekabr. REPORT.AZ/ Polis əməkdaşları tərəfindən saxlanılan şəxsdən narkotik, evindən isə qumbara aşkar edilərək götürülüb.
Hadisə
12 Dekabr , 2018 12:34
Bakıda əvvəllər məhkum olunmuş şəxsdən narkotik və qumbara götürülüb
Report
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ Polis əməkdaşları tərəfindən saxlanılan şəxsdən narkotik, evindən isə qumbara aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Sərxan Çobanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Bakıxanov qəsəbəsindəki yaşadığı evdən “F-1” qumbarası da aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi