Bakıda evli qadını fotoları ilə hədələyərək 4 min dollar pul alan şəxs məhkəmədə dindirilib

Bakıda evli qadını fotoları ilə hədələyərək 4 min dollar pul alan şəxs məhkəmədə dindirilib Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
19 Sentyabr , 2018 14:34
Bakıda evli qadını fotoları ilə hədələyərək 4 min dollar pul alan şəxs məhkəmədə dindirilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, A.Əzizov tanışı olan Sevda Əliyevanı (ad və soyad şərti) şantaj edərək pul tələb edib.

O, S.Əliyeva ilə sosial şəbəkədə tanış olub. Daha sonra aralarında isti münasibəti yaranan şəxslər bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir müddət keçəndən sonra A.Əzizov S.Əliyevanı şantaj edib. Onu intim şəkillərini sosial şəbəkədə yayacağı və qadını biabır edəcəyi ilə hədələyib.

A.Əzizov bu şəkilləri yaymamaq üçün qadından ümumilikdə 4 min dollar pul tələb edib və alıb.

Daha sonra S.Əliyeva hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı A.Əzizov həbs edilib.

Məhkəmədə elan olunmuş ittiham üzrə A.Əzizov özünü təqsirli bildiyini deyib.

Məhkəmənin qərarı ilə prosesin davamı qapalı keçirilib.

Qapalı keçirilən iclasda zərərçəkmiş də dindirilib. Evli, iki uşaq anası olduğunu bildirən qadın həyat yoldaşı ilə boşanmaq üzrə olduğunu söyləyib. O, təqsirləndirilən şəxsin cəzalanmasını, lakin dəymiş zərəri tələb etmədiyini qeyd edib.

Məhkəmənin növbəti iclası sentyabrın 24-nə təyin olunub.

Xatırladaq ki, A.Əzizovun barəsində Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi