Bakıda evləri soyan şəxsə hökm oxunub

Bakıda evləri soyan şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nadir Mustafazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
17 İyul , 2019 17:57
Bakıda evləri soyan şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nadir Mustafazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, Əliövsəd Abasovun sədrlik etdiyi kollegiyanın hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, ittihama əsasən, N.Mustafazadə Suraxanı rayonu ərazisində Zülfəli İsmayılova məxsus evdən oğurluq edib. Həmçinin digər mənzildən oğurluq edərkən ev sahibi Əli Heydərliyə bıçaq çıxararaq ona qarşı quldurluq edib.

Həbs edildikdən sonra Nadir Mustafazadənin ətrafında Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 3 evdən pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi