Bakıda evlərdən 6 min manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda evlərdən 6 min manatlıq oğurluq edən şəxs tutuldu Bakıda evlərdən oğurluq edilib.
Hadisə
15 Yanvar , 2021 12:05
Bakıda evlərdən 6 min manatlıq oğurluq edən şəxs tutuldu

Bakıda evlərdən oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki bir evdən 5 000 manat dəyərində elektrik naqili və bir həyətyanı sahədən kondisioner oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş F.Muradov saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha bir həyətdən kondisioner, bir evin zirzəmisindən isə 1 000 manat dəyərində velosiped oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi