Bakıda evindən 25 kq narkotik və tüfəng çıxan məhkumun cinayət işi məhkəməyə göndəirilib

Bakıda evindən 25 kq narkotik və tüfəng çıxan məhkumun cinayət işi məhkəməyə göndəirilib Bakı. 24 yanvar. REPORT.AZ/ Külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilən Ağa Zəkiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
24 Yanvar , 2019 12:41
Bakıda evindən 25 kq narkotik və tüfəng çıxan məhkumun cinayət işi məhkəməyə göndəirilib
Report

Bakı. 24 yanvar. REPORT.AZ/ Külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsində təqsirləndirilən Ağa Zəkiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un məlumatına görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, hazırda Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən, 1989-cu il təvəllüdlü Ağa Tahir oğlu Zəkiyevin Maştağa qəsəbəsi Albalılıq yaşayış massivindəki evində axtarış aparılıb.

Axtarış nəticəsində həyətdə 2 kq 150 qram marixuana, 2.115 ədəd ümumi çəkisi 23 kq olan çətənə bitkiləri aşkar edilərək götürülüb.

Evin içində aparılan axtarış zamanı isə qonaq otağında üzərində “Draqib 18PA006” yazıları həkk edilən pompalı tüfəng tapılıb.

Son xəbərlər

Orphus sistemi