Bakıda evə maska ilə basqın edən şəxslər saxlanılıblar

Bakıda evə maska ilə basqın edən şəxslər saxlanılıblar Bakı. 17 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən “isti izlər”lə açılıb.
Hadisə
17 Oktyabr , 2018 11:57
Bakıda evə maska ilə basqın edən şəxslər saxlanılıblar
0 : 00
0 : 00

Bakı. 17 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-da Buzovna qəsəbəsində baş vermiş quldurluq hadisəsinin üstü polis əməkdaşları tərəfindən “isti izlər”lə açılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan 82 yaşlı qadın həmin gün saat 18 radələrində Buzovna qəsəbəsindəki evinə girmiş 2 maskalı şəxsin onu döyərək evdən 1000 manatını və mobil telefonunu apardıqlarını bildirib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa zamanda müəyyən edilib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Hüseyn Əliyev və Nağdəli Dadaşov saxlanılıblar.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi