​Bakıda evə basqın olub

​Bakıda evə basqın olub Faktla bağlı Cinayət Məcəlləsinin üç maddəsi ilə cinayət işi başlanıb
Hadisə
26 May , 2016 14:18
​Bakıda evə basqın olub

Bakı. 26 may. REPORT.AZ/ Bakının Xətai rayonunda evə basqın olub.

“Report” əldə etdiyi məlumata görə, Babək prospekti ev 15-də yaşayan 1985-ci il təvəllüdlü Tamam Babayeva mənzilə daxil olan zaman iki nəfər naməlum şəxs arxa tərəfdən yaxınlaşaraq onun ağız nahiyəsindən tutub qonaq otağına aparıb, orada isə özləri ilə gətirdikləri yapışqan lent ilə zərərçəkmişin ağız, əl və ayaqlarını bağlayıblar.

Daha sonra naməlum şəxslər mənzilin yataq otağından 5 200 manat və 200 ABŞ dollar məbləğində pulu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 180.2.1-ci (Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs ilə), 180.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) və 180.2.5-ci (zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi