Bakıda evə basqın etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakıda evə basqın etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Proses avqustun 6-dək təxirə salınıb
Hadisə
2 Avqust , 2018 15:08
Bakıda evə basqın etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda evə basqın etməkdə təqsirləndirilən Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri cinayət işi ilə tanış olmadıqlarını deyiblər.

Onlar məhkəmədən vaxt istəyiblər.

Proses avqustun 6-dək təxirə salınıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata əsasən, bu il aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanım Ağayevanı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər.

Onlar istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Hər üç şəxsin barəsində Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi