Bakıda evdən və avtomobildən oğurluq edilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) 43-cü Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-nə keçən gecə Goradil bağlar sahəsindəki evlərin birindən 4 495 manat dəyərində elektrik naqili və 2 ədəd su mühərriki oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Ş.Əhmədov saxlanılıb.
Bundan başqa, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində avtomobillərin birindən 2 000 manat, mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Ə.Babayev və Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.