Bakıda evdən və avtomobildən 7 min manat pul oğurlandı

Bakıda evdən və avtomobildən 7 min manat pul oğurlandı Bakıda evdə oğurluq hadisəsi baş verib.
Hadisə
25 Sentyabr , 2020 12:18
Bakıda evdən və avtomobildən 7 min manat pul oğurlandı

Bakıda evdə oğurluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində 3 evdən  noutbuk, mobil telefon, velosiped, 3 000 manat pul, televizor,  kondisioner, həmçinin “Audi” markalı bir avtomobildən 3 700 manat pul oğurlamaqda şübhəli bilinən Şərur rayon sakinləri. əvvəllər məhkum olunmuş V.Seyidov və M.Abdullayev müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi