Bakıda evdən oğurluq edən şəxs tutuldu

Bakıda evdən oğurluq edən şəxs tutuldu Bakıda evdən 5 100 manatlıq oğurluq edilib.
Hadisə
15 Aprel , 2020 12:38
Bakıda evdən oğurluq edən şəxs tutuldu

Bakıda evdən 5 100 manatlıq oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il dekabrın 20-dən cari il aprelin 13-dək olan müddətdə Biləcəri qəsəbəsindəki evlərin birindən 5 100 manat dəyərində qızıl-zinət əşyaları və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həmidov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi