Bakıda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakıda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb Bakıda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb.
Hadisə
7 Oktyabr , 2019 10:55
Bakıda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Bakıda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gedib, müvafiq tədbirlər həyata keçirilib. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunan Əlikram Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, törətdiyi cinayət əməlini etiraf edib. Ətrafında aparılan tədbirlərlə Ə.Şıxəliyevin qəsəbə ərazisindəki daha bir evdən 550 manat pul oğurladığı da müəyyən edilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi