Bakıda evdən, mağazadan və kafedən 7080 manatlıq oğurluq edilib

Bakıda evdən, mağazadan və kafedən 7080 manatlıq oğurluq edilib Bakıda evdən, mağazadan və kafedən 7080 manatlıq oğurluq edilib.
Hadisə
30 May , 2023 11:16
Bakıda evdən, mağazadan və kafedən 7080 manatlıq oğurluq edilib

Bakıda evdən, mağazadan və kafedən 7080 manatlıq oğurluq edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Binə qəsəbəsi ərazisində 3 evdən, 2 mağazadan və 1 kafedən ümumilikdə 4000 manat pul və 3080 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Miraşikinko saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi