Bakıda evdən elektrik avadanlığı oğurlayan şəxs saxlanılıb

Bakıda evdən elektrik avadanlığı oğurlayan şəxs saxlanılıb Bakıda evdən oğurluq edilib.
Hadisə
5 Noyabr , 2019 11:00
Bakıda evdən elektrik avadanlığı oğurlayan şəxs saxlanılıb

Bakıda evdən oğurluq edilib.

“Report”un xəbərinə görə, hadisə noyabrın 2-də paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində baş verib.

Belə ki, həmin ərazidə S.İmanovun yaşadığı evindən pəncərədən daxil olmaqla elektrik avadanlığı oğurlanıb.

S.İmanov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş E.Yaqubov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi